ÜST-dən “AstraZeneca” vaksini ilə bağlı tövsiyə

ÜST-dən “AstraZeneca” vaksini ilə bağlı tövsiyə
  16 Fevral 2021    Oxunub:2263
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) "AstraZeneca" şirkətinin istehsal etdiyi koronavirusa qarşı vaksinin iki variantını təcili istifadə üçün tövsiyə olunan peyvəndlər siyahısına əlavə edib.
Azvision.az TASS-a istinadən xəbər verir ki, bu barədə ÜST-dən bildirilib.

Məlumata görə, söhbət "AstraZeneca" şirkətinin Cənubi Koreyada "AstraZeneca-SKBio" müəssisəsində və Hindistanın Serum İnstitutunda istehsal etdiyi variantlardan gedir. ÜST-ün qərarı vaksinin həmin variantların COVAX mexanizmi çərçivəsində qlobal miqyasda istifadəsinə imkan verir.

Azvision.az


Teqlər: Vaksin  



Xəbər lenti