Çavuşoğlu Blinken ilə telefonla danışdı

Çavuşoğlu Blinken ilə telefonla danışdı
  16 Fevral 2021    Oxunub:1874
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ-ın dövlət katibi Entoni Blinken ilə telefonla danışıb.
Azvision.az xəbər verir ki, bu barədə Türkiyə XİN məlumat yayıb.

Çavuşoğlu əvvəlcə ABŞ-ın dövlət katibini yeni vəzifəyə təyin olunması ilə əlaqədar təbrik edib. Daha sonra dövlət rəsmiləri FETÖ, PKK/PYD mövzusunu, terrorla mübarizə, “S-400” və bəzi regional məsələləri müzakirə ediblər.

Eyni zamanda Çavuşoğlu ABŞ-ın PKK terrorçuları tərəfindən qətlə yetirilən 13 Türkiyə vətəndaşı ilə bağlı açıqlamasından narahatlığını ifadə edib.

Tərəflər bunda sonra da danışıqları davam etdirəcəklərini vurğulayıblar.

Azvision.az


Teqlər: Türkiyə   XİN   Çavuşoğlu  



Xəbər lenti