İraqda hava limanı raket atəşinə tutuldu

İraqda hava limanı raket atəşinə tutuldu
  16 Fevral 2021    Oxunub:2037
İraqda Ərbil hava limanının ərazisi raket atəşinə tutulub.
Azvision.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Bildirilir ki, ABŞ-ın hərbi bazasının yerləşdiyi hava limanına azı 3 raket atılıb. Hücum nəticəsində 3 nəfərin yaralandığı deyilir.

İddia edilir ki, raket hücumunun hədəfi ABŞ Hərbi Hava Qüvvələrinin bazası olub. Hələlik hadisə ilə bağlı rəsmi açıqlama verilməyib.

Azvision.az


Teqlər: İraq   ABŞ   Raket  



Xəbər lenti