“Baş və əzələ ağrıları, qızdırma vaksinin əks təsirləri deyil” - TƏBİB
TƏBİB-dən Azvision.az -a verilən məlumata görə, əhali arasında vaksindən sonra mümkün ola biləcək baş ağrısı, əzələ ağrısı, qızdırma və bu kimi əlamətlər əks təsir deyil, əksinə gözlənilən nəticədir və tibbi cəhətdən bədənin vaksinə reaksiya verməsinin göstəricisidir.
Qeyd edək ki, Azərbaycanda yanvarın 18-dən etibarən COVID-19 əleyhinə vaksinasiya prosesinə başlanılıb. Fevralın 8-dən 65 yaşdan yuxarı şəxslərin və bəzi dövlət qurumlarında çalışanların peyvəndlənməsi aparılır. Peyvəndləmə könüllü və dövlət hesabına həyata keçirilir.
Azvision.az
Teqlər: Koronavirus Vaksin







Vaxtında, Aydın, Lazımlı!


