İranlı deputatlar Azərbaycanda səfərdədir

 İranlı deputatlar Azərbaycanda səfərdədir
  16 Fevral 2021    Oxunub:2441
İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət komitəsinin sədri Muctaba Zonnurun başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana səfərə gəlib.
Bu barədə Azvision.az -a İranın Bakıdakı səfirliyindən məlumat verilib.

Qeyd edilib ki, nümayəndə heyətinin Azərbaycan rəsmiləri və millət vəkilləri ilə görüşləri nəzərdə tutulur.

İranlı parlamentarilər sabah Naxçıvan Muxtar Respublikasına da səfər edəcək.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: İran   Parlament  



Xəbər lenti