Sarkisyanla Koçaryan görüşdü - Mitinqi müzakirə etdilər

  Sarkisyanla Koçaryan görüşdü  - Mitinqi müzakirə etdilər
  16 Fevral 2021    Oxunub:1976
Ermənistanda müxalifətin birləşdiiyi və baş nazir Nikol Paşinyanın istefasını tələb edən "Vətənin qurtuluşu hərəkatı" liderlərinin növbəti görüşü olub.
Azvision.az xəbər verir ki, bu barədə “ARF Daşnaksütyun"un nümayəndəsi İşxan Saqatelyan deyib.

Onun sözlərinə görə, hərəkatın liderləri Vazgen Manukyan, Serj Sarkisyan, Robert Koçaryan, Artur Vanetsyan və digərləri görüşərək mövcud vəziyyəti, gələcək proqramları müzakirə ediblər.

“Bu cür müzakirələr ardıcıl keçirilir. “Vətənin qurtuluşu hərəkatı” 20 fevralda bu il ilk dəfə olaraq böyük mitinq keçirmək niyyətindədir".

Saqatelyan düşünür ki, müxalifət xalqın geniş kütlələrini mitinqə toplamağa nail olacaq.
Onun sözlərinə görə, vəziyyətdən asılı olaraq növbəti qərarlar veriləcək.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: mitinq  



Xəbər lenti