Şəhid və qazi ailələri ziyarət olunub

Şəhid və qazi ailələri ziyarət olunub
  16 Fevral 2021    Oxunub:1210
“Əsgərə xatirə kitabı” layihəsi çərçivəsində Müdafiə Nazirliyinin təşkilatçılığı ilə Ağstafa və Tovuz rayonlarında şəhid və qazi ailələri ziyarət olunub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a bildiriblər ki, hərbi qulluqçular, “Əsgərə xatirə kitabı” layihəsinin rəhbəri Nuranə Şıxəliyeva və icraçı direktoru Məltəm Şıxəlıyeva 43 şəhid, 6 qazi və əsirlikdən azad olunmuş 1 vətəndaşımızın ailəsini ziyarət ediblər.

Görüşlər zamanı şəhid ailələrinin qayğıları ilə maraqlanılıb, söhbətlər aparılıb, ailələrə hədiyyələr və sovqatlar təqdim olunub.




Azvision.az



Teqlər: Şəhid  






Xəbər lenti