Bezos yenidən dünyanın ən zəngin insanı oldu

Bezos yenidən dünyanın ən zəngin insanı oldu
  17 Fevral 2021    Oxunub:1679
"Amazon" korporasiyasının rəhbəri Ceff Bezos yenidən dünyanın ən zəngin insanı olub.
Azvision.az xəbər verir ki, bu barədə Bloomberg agentliyi məlumat yayıb.

C.Bezos bundan əvvəl birinci yerdə olan İlon Maskı geridə qoyub.

Agentliyin hesablamalarına görə, Bezosun birja ticarətinin nəticələrindən sonra aktivlərinin ümumi dəyəri 372 milyon dollar azalaraq 191 milyarda enib. "Tesla" səhmlər kursunun düşməsi səbəbindən İ.Maskın sərvəti 4,5 milyard dollar azalaraq 190 milyard olub.

Bununla da Bezos "Bloomberg"in tərtib etdiyi dünyanın ən varlı insanları siyahısında 1-ci, Mask isə 2-ci yerdə qərarlaşıb.

Azvision.az


Teqlər: Bezos  



Xəbər lenti