Ermənistanda koronavirusdan ölüm sayı 3155-ə çatdı

Ermənistanda koronavirusdan ölüm sayı 3155-ə çatdı
  17 Fevral 2021    Oxunub:1687
Ermənistanda son sutka ərzində daha 206 nəfər koronavirus (COVID-19) infeksiyasına yoluxub.
Azvision.az xəbər verir ki, ölkədə COVID-19-a yoluxanların ümumi sayı 169 597 nəfərə çatıb.

Ermənistanda koronavirusdan bir gündə 5 nəfər ölüb, bununla pandemiya qurbanlarının sayı 3155-yə yüksəlib.

Koronavirusa yoluxmuş, lakin digər xəstəliklərdən ölənlərin sayı 793 nəfərdir. Aktiv xəstələrin sayı 4173 nəfər təşkil edir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: COVID-19   Ermənistan  



Xəbər lenti