Ədliyyə işçiləri və hakimlərdən Qarabağ Dirçəliş Fonduna dəstək
Prezidentin və birinci xanımın azad olunan ərazilərimizə müntəzəm səfərləri doğma torpaqlarımızın dirçəldilməsinin və xalqımızın öz dədə-baba yurdlarına qayıdışının təminatına və insanların böyük ruh yüksəkliyinə səbəb olub.
Eyni zamanda dövlətimizin başçısının 2021-ci il 4 yanvar tarixli Fərmanı ilə azad edilmiş torpaqlarımızın dirçəldilməsi ilə bağlı tədbirlərə dəstək məqsədilə yaradılmış “Qarabağ Dirçəliş Fondu” həmin ərazilərdə dayanıqlı məskunlaşma üçün müasir və layiqli həyatın, habelə təhlükəsiz yaşayışın, səmərəli fəaliyyətin və rifahın təmin edilməsinə xidmət edir.
Ədliyyə işçiləri və hakimlər mütəmadi olaraq Silahlı Qüvvələrə Yardım Fonduna, habelə “YAŞAT” Fonduna əmək haqlarından ianələr etməklə dövlətimiz, xalqımız və ordumuzla həmrəylik nümayişi kimi mənəvi borc hesab edirlər. Bu mənada işğaldan azad edilmiş torpaqlarımızın dirçəlişi naminə həyata keçirilən tədbirlərə dəstək göstərmək məqsədilə ədliyyə işçiləri və hakimlər hazırda da əmək haqlarından 500 min manatın Qarabağ Dirçəliş Fonduna köçürülməsi qərarına gəliblər.
Xalqımız, o cümlədən ədliyyə və məhkəmə işçiləri qəti əmindirlər ki, doğma torpaqlarımız ölkə Prezidentinin müdrik rəhbərliyi ilə yenidən dirçələcək və orada tezliklə həyat qaynayacaq.
Azvision.az
Teqlər: Ədliyyə-Nazirliyi