Ukrayna MDB-nin daha bir sazişindən çıxdı

Ukrayna MDB-nin daha bir sazişindən çıxdı
  17 Fevral 2021    Oxunub:2231
Ukrayna poçt rabitəsi sahəsində dövlətlərarası əlaqələrin koordinasiyası haqqında MDB sazişindən birtərəfli qaydada çıxıb.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Nazirlər Kabineti qərar verib.

Qeyd edək ki, razılaşma 9 oktyabr 1992-ci ildə Bişkekdə imzalanmışdı.

Bundan əvvəl Ukrayna Rusiya və MDB ilə bir sıra razılaşma və müqavilələri birtərəfli qaydada ləğv edib. 1 aprel 2019-cu ildən etibarən Rusiya ilə Ukrayna arasında dostluq, əməkdaşlıq və tərəfdaşlıq müqaviləsi də ləğv olunub.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: MDB  



Xəbər lenti