Ukraynada karantin aprelin 30-dək uzadılır

Ukraynada karantin aprelin 30-dək uzadılır
  17 Fevral 2021    Oxunub:1981
Ukraynada karantin rejiminin aprelin 30-dək uzadılmasına qərar verilib.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin baş naziri Denis Şmıqal bildirib.

Onun sözlərinə görə, gələn həftədən etibarən ölkə koronavirus infeksiyası ilə əlaqədar dörd səviyyəli adaptiv karantinə keçəcək.

Hökumət rəhbəri, həmçinin qeyd edib ki, qərar layihəsinə əsasən, karantin 22 fevraldan 30 aprelə qədər uzadılacaq.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ukrayna  



Xəbər lenti