İtaliya Senatı yeni hökumətə etimad göstərdi
Nazirlər Kabinetinin yeni tərkibinin lehinə 262, əleyhinə 40 senator səs verib, iki nəfər bitərəf qalıb.
Xatırladaq ki, daha əvvəl Cuseppe Kontenin rəhbərlik etdiyi hökumət Senatda mütləq əksəriyyəti itirərək istefaya gedib. Avropa Mərkəzi Bankının keçmiş sədri Mario Draqinin rəhbərlik etdiyi yeni hökumət fevralın 13-də prezident Sercio Mattarellanın iştirakı ilə and içərək işə başlayıb.
Pərvanə Sultanova
Azvision.az
Teqlər: İtaliya







Vaxtında, Aydın, Lazımlı!


