Sarkisyanın əleyhinə ifadə verən sabiq nazir öldü

Sarkisyanın əleyhinə ifadə verən sabiq nazir öldü
  18 Fevral 2021    Oxunub:2038
Ermənistanın keçmiş kənd təsərrüfatı naziri Serqo Karapetyan koronavirus infeksiyasından ölüb.
Azvision.az xəbər verir ki, bu barədə erməni KİV-ləri yazıb.

Sabiq nazir tibb mərkəzində müalicə alıb, son günlər vəziyyəti ağırlaşıb. Onun həyatını xilas etmək mümkün olmayıb.

Karapetyan 2010-2016-cı illərdə ölkənin kənd təsərrüfatı naziri olub. O, üçüncü prezident Serj Sarkisyanın da cəlb olunduğu "dizel işi"ndə ittiham edilirdi.

İstintaq zamanı Karapetyanın eks-prezident Serj Sarkisyana qarşı ifadə verdiyi məlum olub.

Cinayət işi 2019-cu ilin sonunda açılıb. İstintaqa görə, Sarkisyan 2013-cü ildə "Flash" şirkətini himayə edib. Belə ki, Sarkisyanın göstərişi ilə “Flash” şirkəti dizel yanacağının tədarükü üçün dövlət tenderini qazanıb, baxmayaraq ki, rəqibindən daha yüksək qiymət təklif edib (təxminən bir milyon dollar fərqlə). Beləliklə, dövlətə təxminən 1 milyon dollar məbləğində ziyan dəyib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: SerqoKarapetyan  



Xəbər lenti