XİN rəhbərlərinin Bakı görüşü təxirə salındı
***
Fevralın 19-da Bakıda keçirilməsi planlaşdırılan Azərbaycan-Gürcüstan-Türkiyə XİN başçılarının 9-cu üçtərəfli görüşü təxirə salınıb.
Azvision.az xəbər verir ki, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyindən bildirilib.
Məlumata görə, Baş nazirin müavini, xarici işlər naziri David Zalkalianinin Azərbaycana səfəri Baş nazir Giorgi Qaxariyanın və hökumətin istefası ilə əlaqədar təxirə salınıb.
Pərvanə Sultanova
Azvision.az
Teqlər: XİNbaşçıları







Vaxtında, Aydın, Lazımlı!


