Paytaxtda qanunsuz tikili və hasarlar sökülüb
Əsas məqsədi qanunsuz torpaq zəbt edilməsi hallarının qarşısının alınması, paytaxtın daha da gözəlləşdirilməsi, vətəndaşların istirahətinin səmərəli təşkili, onları narahat edən amillərin aradan qaldırılması olan bu tədbirlər paytaxtın digər rayonlarında da keçirilir.
Qeyd edək ki, paytaxt meriyası tərəfindən şəhərin rayonlarında ayrı-ayrı işbazlar, vətəndaşlar tərəfindən səkilərin və hərəkət yollarının üzərində, yaşayış binalarına bitişik yerlərdə, yaşıllıq zolaqlarında, məhəllələrdə vətəndaşların istirahəti üçün nəzərdə tutulmuş yerlərin, keçid meydançalarının qeyri-qanuni şəkildə zəbt olunmaqla burada inşa edilmiş müxtəlif təyinatlı tikili və obyektlərin sökülməsi, həmin torpaq sahələrinin, yaşıllıqların hasarlarının sökülərək ərazilərin təmizlənməsi ilə bağlı işlər davam etdirilir.
Azvision.az







Vaxtında, Aydın, Lazımlı!


