“Hər gün 30-33 cəsədin tanınması işi aparılır” - Erməni nazir
O bildirib ki, ekspertlər bu istiqamətdə gecə-gündüz dayanmadan işləyirlər. Nazirin sözlərinə görə, yanvar ayının sonuna qədər 3450 cəsəd müayinə edilib.
Ümumilikdə isə Ermənistanın Səhiyyə Nazirliyi itkilərin sayının 4 min nəfərdən çox olduğunu bəyan edib. Bildirilib ki, 2020-ci il sentyabrın 27-dən 2021-ci il fevralın 13-dək döyüşlərdə ölən 3577 hərbçinin meyitinin məhkəmə-tibbi ekspertizası aparılıb. 428 nümunə DNT testi mərhələsindədir.
Tural Tağıyev
Azvision.az
Teqlər: Cəsəd Qarabağ Ermənistan Nazir







Vaxtında, Aydın, Lazımlı!


