Milli Qəhrəmanın şəxsi əşyaları Tarix Muzeyinə verildi
Çingiz Qurbanov 1994-cü ildə Qusar rayonunun Həzrə kəndində anadan olub. Azərbaycan Texniki Universitetində təhsil alıb. 2016-cı ilin iyul ayında həqiqi hərbi xidmətə yollanıb. Əsgər Çingiz Qurbanov 2016-cı il dekabrın 29-da Azərbaycan - Ermənistan dövlət sərhədində düşmənin kəşfiyyat qrupunun təxribatının qarşısını alan zaman qəhrəmancasına şəhid olub. Nəşi düşmən tərəfində qalıb və 2017-ci il fevralın 5-i Azərbaycan tərəfinə təhvil verilib. Şəhid Qusar şəhərində, Şəhidlər xiyabanında torpağa tapşırılıb. Ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.
Azvision.az
Teqlər: MilliQəhrəman