Əli Əsədov: “Ölkəmiz üçün yeni dövr başlayıb”

 Əli Əsədov: “Ölkəmiz üçün yeni dövr başlayıb”
  18 Fevral 2021    Oxunub:2611
Tarixi Vətən müharibəsində Zəfərdən sonra ölkəmiz üçün yeni dövr başlayıb.

Azvision.az xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Ankarada keçirilən Türkiyə-Azərbaycan biznes forumunda deyib.
Baş nazir bildirib ki, işğaldan azad edilmiş torpaqların bərpası və inkişafı ilə bağlı strategiya hazırlanıb:

"Azərbaycan Prezidentinin dediyi kimi, hədəfimiz Qarabağı dünyanın ən gözəl bölgələrindən birinə çevirməkdir. Artıq bərpa işləri başlanıb və ilkin kontraktlar imzalanıb. Əlbəttə ki, ilkin tərəfdaşlarımız türk qardaşlarımızdır. Türk şirkətləri artıq infrastruktur layihələrini icra etməyə başlayıblar. Zəfər yolu adlanan Füzuli-Şuşa yolu, həmçinin Toğana-Kəlbəcər yolunun tikintisində artıq türk şirkətləri iştirak edirlər. Bundan əlavə, Füzulidə tikiləcək hava limanının layihəsində də türk şirkətlərinin iştirakı nəzərdə tutulub".

Azvision.az


Teqlər: Baş-Nazir  






Xəbər lenti