NASA-nın aparatı Marsa eniş edib

NASA-nın aparatı Marsa eniş edib
  19 Fevral 2021    Oxunub:1566
ABŞ-ın Milli Aeronavtika və Kosmos İdarəsinə (NASA) məxsus "Perseverance" aparatı Marsa eniş edib.
Azvision.az TASS-a istinadən xəbər verir ki, bu barədə NASA məlumat yayıb.

Məlumata əsasən, Marsdan artıq iki foto alınıb: "Biz "Perseverance" aparatının Mars səthində fəaliyyət göstərməsi barədə məlumat aldıq. Artıq Mars səthindən iki foto almışıq".

Aparatın Qırmızı planetə enməsi NASA-nın saytındacanlı olaraq yayımlanıb.

Qeyd edək ki, bu, Marsa enən NASA-nın beşinci kosmik aparatıdır.

Azvision.az


Teqlər: Mars   NASA  



Xəbər lenti