Ermənistanda kütləvi zəhərlənmə olub

Ermənistanda kütləvi zəhərlənmə olub
  19 Fevral 2021    Oxunub:1822
Ermənistanın Vanadzor şəhərində qidadan zəhərlənənlərin sayı 11 nəfərə çatıb.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, ad günündə zəhərlənmiş daha bir nəfər "bağırsaq infeksiyası" diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Ad günündə iştirak etmiş 14 nəfərdən 10-u ümumi zəiflik, ishal, qusma, yüksək temperatur əlamətləri ilə 15 fevralda xəstəxanaya yerləşdirilib. Hazırda 11 nəfər tibb mərkəzində müalicə olunur.

Laboratoriya müayinələri nəticəsində zəhərlənənlərdən dördündə stafilokok bakteriyası aşkar edilib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan  



Xəbər lenti