Ohanyan hamını sabahkı mitinqə çağırdı

 Ohanyan hamını sabahkı mitinqə çağırdı
  19 Fevral 2021    Oxunub:2579
Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan hamını müxalifətin sabah keçiriləcək mitinqində iştirak etməyə çağırıb.
Azvision.az xəbər verir ki, bu barədə Ohanyan “Facebook” səhifəsində yazıb.

“Sabah hamımız bir yumruq halına gələrək saat 15:00-da Azadlıq meydanına gedirik. Təslim olan hakimiyyət ölkəni məhvə aparır. Birləşməli və dövlətimizin, xalqımızın, doğma torpağımızın qorunması üçün ayağa qalxmalıyıq”, - deyə Ohanyan əlavə edib.

Xatırladaq ki, baş nazir Nikol Paşinyanın istefasını tələb edən müxalifətin “Vətənin qurtuluşu hərəkatı” sabah İrəvanda böyük mitinq keçirməyi planlaşdırır.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: mitinq  



Xəbər lenti