Pandemiya qurbanlarının sayı 2,5 milyona çatır - STATİSTİKA

 Pandemiya qurbanlarının sayı 2,5 milyona çatır -  STATİSTİKA
  20 Fevral 2021    Oxunub:1922
Dünyada yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı artaraq 111 milyon 249 min 707 nəfərə çatıb.

Azvision.az Worldometers saytına istinadən xəbər verir ki, pandemiya qurbanlarının sayı 2 milyon 463 min 654 nəfərdir. İndiyədək 86 milyon 123 min 642 infeksiya daşıyıcısı xəstəlikdən sağalıb.
Son günlər dünya ölkələri üzrə yoluxma halları kəskin artmaqdadır.

Koronavirusa yoluxanların sayına görə ABŞ birinci yerdədir. Bu ölkədə 28 603 813 nəfər virusa yoluxub, 507 746 pasiyent dünyasını dəyişib.

İkinci sırada Hindistan gəlir. İndiyədək bu ölkədə 10 977 387 yoluxma qeydə alınıb. Onlardan 156 240 nəfəri vəfat edib.

Üçüncü sırada yer alan Braziliyada pandemiya dövründə 10 081 693 nəfərdə virus aşkar edilib. Xəstələrdən 244 955 nəfəri həyatını itirib.

Dördüncü yerdə qərarlaşan Rusiyada 4 139 031 yoluxma, 82 396 ölüm faktı qeydə alınıb.

Siyahıda beşinci olan Böyük Britaniyada 4 095 269 nəfər virusa yoluxub ki, onlardan 119 920-i ölüb.

Xatırladaq ki, koronavirus 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. COVID-19 virusu 218 ölkədə qeydə alınıb.

Aytən Zəhra
Azvision.az


Teqlər: Koronavirus   Statistika  





Xəbər lenti