Nazir vaksinasiya qalmaqalına görə istefa verdi

Nazir vaksinasiya qalmaqalına görə istefa verdi
  20 Fevral 2021    Oxunub:1874
Argentinanın səhiyyə naziri Hines Qonzales Qarsiya ölkədə hökumətə yaxın şəxslərin növbədənkənar peyvənd edilməsi ilə bağlı qalmaqaldan sonra istefa verib.
Azvision.az xəbər verir ki, nazir istefası barədə bəyanatın mətnini “Twitter”də yayımlayıb.

"Sizin xahişinizə cavab olaraq səhiyyə naziri vəsifəsindən istefa verirəm", - ölkə Prezidenti Alberto Fernandesə ünvanlanmış məktubda deyilir.

Bundan əvvəl, "Todo Noticias" kanalı ölkə rəhbərinin nazirdən istefa verməsini xahiş etdiyi barədə məlumat yaymışdı.

Qalmaqalı şərh edən Qonzales Qarsiya qeyd edib ki, peyvənd olunanların hamısı aparılan kampaniya çərçivəsində üstünlük verilən şəxslər qrupuna daxildir. Onun fikrincə, yaranmış vəziyyət anlaşılmazlığın nəticəsidir.

Argentina Prezidenti səhiyyə nazirinin müavini Karla Vissottini qurumun yeni rəhbəri təyin edib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Vaksin   Qalmaqal   Nazir   İstefa  



Xəbər lenti