Ermənistanın XİN rəhbəri istefa verib?

 Ermənistanın XİN rəhbəri istefa verib?
  20 Fevral 2021    Oxunub:2219
Ötən gün Ermənistanın xarici işlər naziri Ara Ayvazyanın istefa ərizəsi yazması barədə məlumat yayılıb.
Azvision.az xəbər verir ki, bu gün erməni mətbuatı informasiyanı dəqiqləşdirmək üçün XİN sözçüsü Anna Naqdalyanla əlaqə saxlayıb.

O, nazirin istefa verməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirməkdən yayınıb:

“Bu cür dezinformasiyalara münasibət bildirmirəm. Son həftə ərzində üçüncü dəfədir ki, nazirin istefası ilə bağlı şayiələr dolaşır", - deyə Naqdalyan "Armenia Today"-ə bildirib.

"Mediaport" teleqram kanalı isə Xarici İşlər Nazirliyindəki mənbələrinə istinadən məlumatın doğru olduğunu iddia edib: "Yaxın gələcəkdə bu xəbərin doğruluğuna əmin olacağıq. Ermənistan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi yenə də həqiqəti gizlədərək insanları yanıltmaqdadır".

Tural Tağıyev
Azvision.az


Teqlər: İstefa   Ermənistan  



Xəbər lenti