“Sarkisyan əhəmiyyətsiz, mikroskopik reytinqə malikdir” - Rusiyalı politoloq

  “Sarkisyan əhəmiyyətsiz, mikroskopik reytinqə malikdir” -   Rusiyalı politoloq
  20 Fevral 2021    Oxunub:2805
Rusiyalı politoloq Modest Kolerov erməni mətbuatına müsahibəsində keçmiş prezident Serj Sarkisyan və hazırkı baş nazir Nikol Paşinyan haqqında bir sıra maraqlı fikirlər səsləndirib.
Azvision.az xəbər verir ki, o, Ermənistanın üçüncü prezidentinin hakimiyyəti Nikol Paşinyana deyil, inqilabdan 2-3 gün sonra istefa verən Karen Karapetyana təhvil verməsi barədə iddialarının mənasız olduğunu deyib.

"Karen Karapetyan ona görə istefaya getdi ki, artıq boş bir kresloda oturduğunu anladı. Serjin məşhur "Nikol haqlı idi, mən səhv idim" fikirlərini xatırlatmaq istərdim. Karen Karapetyanın adı burada səslənirmi? Əlbəttə, yox. Ümumiyyətlə, məni təəccübləndirən, bu qədər vacib şeyləri söyləmək üçün Sarkisyanın uzun müddət susmasıdır. Niyə o əvvəllər, müharibə zamanı çıxış etmirdi?"

Rusiyalı politoloq jurnalistin "Sarkisyan "kapitulyator"un onun layihəsi olmadığını söylədi. Erməni cəmiyyətində çoxları bu sözlərin səmimiliyinə inanmır. Bəs Rusiyada necə?" sualına isə ritorik cavab verib:

"Rusiyada insanların nə düşündüklərini bilmirəm. Çünki Rusiya böyük bir ölkədir, Ermənistanla maraqlananlar isə azdır. Və deyə bilərəm ki, Rusiyadakı əksər ekspertlər Paşinyanın Serjin özü tərəfindən "yetişdirilib" hakimiyyətə gətirildiyinə inanır".

O, həmçinin bildirib ki, Serj Sarkisyanla Koçaryan tandeminin bərpası real deyil:

"Siyasi prosesləri izləyən hər kəs belə bir tandemin olmadığını bilir. Çünki Serj Sarkisyan əhəmiyyətsiz, mikroskopik bir reytinqə malikdir. Robert Köçəryan isə ondan bir az çox reytinqlidir. Amma çox da fərq yoxdur..."

Tural Tağıyev
Azvision.az


Teqlər: Sarkisyan   Koçaryan   Kolerov   Hakimiyyət   Ermənistan   İnqilab  



Xəbər lenti