Ermənistanda müxalif fəallar saxlanıldı

 Ermənistanda müxalif fəallar saxlanıldı
  20 Fevral 2021    Oxunub:2705
Ermənistanda "Vətəndaş şüuru" təşkilatının sədri Narek Samsonyan və müxalif "Veto" ictimai-siyasi hərəkatının lideri Narek Malyan saxlanılıb.
Azvision.az erməni KİV-lərinə istinadla xəbər verir ki, onlar polis bölməsinə aparılıb.

Polis müxalif fəalların saxlanılma səbəbini açıqlamayıb.

Xatırladaq ki, bundan əvvəl "Karyak media" holdinqinin həmtəsisçisi Karen Bekaryan və parlament aparatının keçmiş rəhbəri Ara Saqatelyan da tutularaq Milli Təhlükəsizlik Xidmətinə aparılıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan  



Xəbər lenti