“İlin əvvəlindən 21 terror hücumunun qarşısı alınıb” - Süleyman Soylu
“Keçən il Türkiyədə kamikadzelərin də iştirak etdiyi 248, bu ilin əvvəlindən isə ölkədə 21 terror hücumunun qarşısı alınıb”, - deyə nazir bildirib.
Soylunun sözlərinə görə, kəşfiyyat xidmətləri, Silahlı Qüvvələrin Baş Qərargahı, Müdafiə Nazirliyi və Daxili İşlər Nazirliyi terrorizmlə mübarizədə koordinasiyalı çalışırlar.
Daxili işlər naziri Türkiyə hökumətinin səyləri nəticəsində 2016-cı ilin 15 iyulundan bəri 893 nəfərin terror təşkilatlarının sıralarını tərk etdiyini deyib.
Şahanə Rəhimli
Azvision.az