Bir gündə 359 mindən çox insan koronavirusa yoluxdu

Bir gündə 359 mindən çox insan koronavirusa yoluxdu
  22 Fevral 2021    Oxunub:2243
Dünyada koronavirusa yoluxanların sayı 359 mindən çox artıb.
Azvision.az TASS-a istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında bildirilib.

Məlumata əsasən, ötən sutka ərzində 359 488 nəfər koronavirusa yoluxub, 9075 pasiyent dünyasını dəyişib. İnfeksiyaya yoluxanların ümumi sayı 110 749 023, ölənlərin sayı isə 2 455 131 nəfərə çatıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.

Azvision.az


Teqlər: ÜST   Koronavirus  



Xəbər lenti