Fransadan Qarabağa göndərilən yardım gömrükdən buraxılmadı

Fransadan Qarabağa göndərilən yardım gömrükdən buraxılmadı
  22 Fevral 2021    Oxunub:2458
Fransadan Qarabağ erməniləri üçün göndərilən yardım onlara çatmayıb.

Azvision.az xəbər verir ki, bu barədə erməni KİV-ləri məlumat yayıb. Bildirilib ki, Fransa erməniləri tərəfindən toplanaraq Ermənistana göndərilən 9 ton humanitar yardım 18 dekabr 2020-ci ildən bəri gömrük anbarında saxlanılır.
"İki aydan çox vaxt keçdi, bütün inzibati icazələrin alınmasına baxmayaraq, gömrük yardım yüklərini götürməyimizlə bağlı əvvəlcədən razılaşdırılmamış anlaşılmaz şərtlər qoyur. Ermənistan rəhbərliyinin humanitar yardımın çatdırılmasını asanlaşdırmaq istəməməsini bilirdik. İndi bəzi gömrük işçilərinin vəziyyətdən istifadə edərək prosesi mümkün qədər təxirə salması bizi ruhdan saldı. Nə üçün?", - deyə yardım təşəbbüsünü irəli sürən fransız-erməni gənclər qrupu "Charjoum le Movement" bəyan edib.

Tural Tağıyev
Azvision.az


Teqlər: Fransa   Qarabağ  



Xəbər lenti