Gədəbəy sakini həmkəndlisini güllələyib

Gədəbəy sakini həmkəndlisini güllələyib
  22 Fevral 2021    Oxunub:1657
Gədəbəy rayon sakini E.Tağıyev ehtiyatsızlıqdan tüfəngdən açdığı atəşlə həmkəndlisi Q.Fətullayevə xəsarət yetirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a bildiriblər ki, rayonun Miskinli kəndi ərazisində ov edərkən kənd sakini E.Tağıyev ehtiyatsızlıqdan tüfəngdən açdığı atəşlə həmkəndlisi Q.Fətullayevə xəsarət yetirib. Q.Fətullayevə xəstəxanada ilkin tibbi yardım göstərilib.

Gədəbəy Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən E.Tağıyevdən müvafiq sənədləri olmayan “TOZ-16” markalı ov tüfəngi götürülüb.

Azvision.az


Teqlər: DİN   Gədəbəy  






Xəbər lenti