Hərbçilər arasında narkotikə qarşı təbliğat işi gücləndiriləcək

Hərbçilər arasında narkotikə qarşı təbliğat işi gücləndiriləcək
  22 Fevral 2021    Oxunub:1038
Azərbaycan Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçənlər, o cümlədən digər qulluqçular arasında narkomanlığın cəmiyyətə və insan sağlamlığına zərəri barədə təbliğat işinin gücləndiriləcək.
Azvision.az -ın məlumatına görə, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının 2021-ci il üçün İş planı nda qeyd olunub.

Sənədə əsasən, bu tədbirlərin keçirilməsi mütəmadi olaraq Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Prezidentin Təhlükəsizlik Xidməti, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti, Dövlət Sərhəd Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə tapşırılıb.

Azvision.az


Teqlər: Herbçi   Nakotik  






Xəbər lenti