20 yaşlı Sevilin intiharı ilə bağlı cinayət işi başlanıb

20 yaşlı Sevilin intiharı ilə bağlı cinayət işi başlanıb
  22 Fevral 2021    Oxunub:2739
Bakıda 20 yaşlı Sevil Atakişiyevanın intihar faktı ilə bağlı cinayət işi başlanılıb.
Baş prokurorluğun mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, Xətai rayon prokurorluğunda 2001-ci il təvəllüdlü Sevil Atakişiyevanın intihar faktı ilə əlaqədar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin özünü öldürmə həddinə çatdırmanı nəzərdə tutan 125-ci maddəsi ilə cinayət işi açılıb.

"2001-ci il təvəllüdlü Atakişiyeva Sevil Samir qızının fevralın 21-də saat 20 radələrində paytaxtın Xətai rayonu ərazisində yerləşən yeni inşa edilmiş binanın 20-ci mərtəbəsindən özünü ataraq intihar etməsi faktı üzrə toplanmış materiallar əsasında Xətai rayon prokurorluğunda CM 125-ci maddəsi ilə cinayət işi açılıb", - deyə Baş prokurorluğun mətbuat xidmətindən bildirilib.

Azvision.az



Teqlər: İntihar   Prokurorluq  






Xəbər lenti