Türkiyədə bu gün koronavirusdan 78 nəfər ölüb

Türkiyədə bu gün koronavirusdan 78 nəfər ölüb
  23 Fevral 2021    Oxunub:1693
Türkiyədə son sutka ərzində 78 nəfər koronavirus (COVID-19) infeksiyasından dünyasını dəyişib.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca bildirib.

Nazirin sözlərinə görə, 8104 yeni yoluxma faktı qeydə alınıb. Bununla pandemiya qurbanlarının sayı 28 138 , virusa yoluxanlar isə 2 646 526 nəfərə çatıb.

Türkiyədə indiyədək 2 529 450 pasiyent (son sutkada 5690 nəfər) sağalaraq evə buraxılıb.



Azvision.az


Teqlər: Türkiyə   Koronaviirus  



Xəbər lenti