Xocalı ilə bağlı norveçli siyasətçilərə müraciət edilib
Bu şəhərdə yaşayan insanların azərbaycanlı olduqları üçün xüsusi qəddarlıqla qətliama məruz qoyulduğu qeyd edilən məktubda nəticədə qadın, yaşlı və uşaqlar da daxil olmaqla 613 nəfərin amansızlıqla öldürüldüyü deyilir.
Məktubda deyilir: “Biz diaspor fəalları bir neçə dəfə bu hadisələrin canlı şahidləri ilə görüşmüşük və bu insanlar illərin keçməsinə baxmayaraq, hələ də o qanlı gecə aldıqları güclü psixoloji təsirləri ilə yaşayırlar”. Diqqətə çatdırılıb ki, yalnız baş verənlərin tanınması ilə insanlıq bu köhnə yaraları sağalda bilər və gələcəkdə bu regionda dinc yaşayışın və əmin-amanlığın təminatçısı ola bilər.
Məktubda Norveç səlahiyyətlilərinə və siyasətçilərinə baş verən qanlı faciənin tanıması üçün təşəbbüs göstərmələri çağırışı edilir.
Azvision.az







Vaxtında, Aydın, Lazımlı!


