“Şirkətlərimiz Xəzər dənizində əməkdaşlığa hazırdır” - Çavuşoğlu
Azvision.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu türkmənistanlı həmkarı Rəşid Meredovla birgə mətbuat konfransında deyib.
Çavuşoğlu, həmçinin Türkiyə-Azərbaycan-Türkmənistan zirvəsinin Türkmənistanda keçirilməsinin planlaşdırıldığını deyib.
O, Xəzər dənizində Türkmənistanla Azərbaycan arasında əldə edilmiş razılıqdan Ankaranın məmnun qaldığını deyərək, "bizim şirkətlərimiz də Xəzər dənizində əməkdaşlığa hazırdır", - söyləyib.
Çavuşoğlu əlavə edib ki, türkmən qazının Türkiyəyə gəlməsi və Türkiyə üzərindən Avropaya çatması üçün üzərimizə düşəni etməyə hazırıq.
Pərvanə Sultanova
Azvision.az
Teqlər: MövludÇavuşoğlu







Vaxtında, Aydın, Lazımlı!


