Bayden İraqın baş naziri ilə danışıqlar apardı
"ABŞ Prezidenti İraqın suverenliyi və müstəqilliyini dəstəklədiyini bir daha təsdiqlədi. Tərəflər İraq rəsmilərinə və koalissiya nümayəndələrinə qarşı son raket hücumlarını müzakirə edərək, bu hücumları təşkil edənlərin məsuliyyətə cəlb edilməli olduqları barədə razılaşdılar", - deyə açıqlamada bildirilib.
Qeyd olunub ki, Prezident və Baş nazir telefon danışığında ölkələr arasında strateji tərəfdaşlığın təşviqinə və əsas məsələlərdə ikitərəfli əməkdaşlığın genişləndirilməsinə də toxunublar.
Pərvanə Sultanova
Azvision.az







Vaxtında, Aydın, Lazımlı!


