Xocalıda daha bir kütləvi məzarlıq aşkarlanıb - YENİLƏNİB |
2020-ci ildə Ermənistanla Azərbaycan arasında döyüşlərdən sonra, son 30 il ərzində sülhün qarşısında mövcud olan maneələrin aradan qaldırılması üçün ümid yarandığı və dua edildiyi Konqres üzvü tərəfindən diqqətə çatdırılır. Uzun müddətli sülhün, təhlükəsizliyin və regional əməkdaşlığın bütün Cənubi Qafqaz bölgəsi və dünyanın marağında olduğu bildirilir.
ABŞ və Azərbaycanın 1992-ci ildə, Xocalı faciəsi ilə eyni ildə diplomatik əlaqələr qurduğu, o dövrdən etibarən Azərbaycanın terrorçuluqla müharibədə əsas tərəfdaş olduğu, iki ölkənin ticarət və investisiya əlaqələrinə malik olduğu qeyd edilir.
Bu faciənin ildönümünün qətlə yetirilmiş bütün kişi, qadın, uşaqların xatırlanması, habelə belə amansızlıqların yenidən baş verməməsi baxımından birgə işləmək üçün uyğun zaman olduğu diqqətə çatdırılır.
Qeyd edək ki, 1997-ci ildən ABŞ Konqresinin üzvü olan Robert Aderholt, ABŞ-ın xaricə yardımı üzrə ixtisaslaşmış olduqca nüfuzlu Təxsisatlar Komitəsinin üzvü, eləcə də Avropada Təhlükəsizlik və Əməkdaşlıq Komissiyasının (Helsinki Komissiyası) komissarıdır.
Bəyanatın Konqresdə qeydiyyata alınmış ingilis dilində mətni ilə https://www.congress.gov/117/crec/2021/02/25/modified/CREC-2021-02-25-pt1-PgE173-2.htm internet səhifəsində tanış olmaq mümkündür.
Azvision.az