Türkiyədə COVID-19-la bağlı son vəziyyət

Türkiyədə COVID-19-la bağlı son vəziyyət
  28 Fevral 2021    Oxunub:1894
Türkiyədə son sutka ərzində 71 nəfər koronavirus (COVID-19) infeksiyasından dünyasını dəyişib.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca bildirib.

Nazirin sözlərinə görə, 9193 yeni yoluxma faktı qeydə alınıb. Bununla pandemiya qurbanlarının sayı 28 503, virusa yoluxanlar isə 2 693 164 nəfərə çatıb.

Türkiyədə indiyədək 2 565 723 pasiyent (son sutkada 8938 nəfər) sağalaraq evə buraxılıb.



Azvision.az


Teqlər: Türkiyə   Koronavirus  





Xəbər lenti