Husilər “Saudi Aramco”ya raket zərbələri endirib
Husi silahlı qüvvələrinin nümayəndəsi, general Yahya Sariya raketlərin Ciddə şəhərindəki “Saudi Aramco” obyektinə atıldığını və zərbələrin dəqiq olduğunu deyib.
Səudiyyə Ərəbistanı səlahiyyətliləri məlumatı hələ təsdiqləməyib.
Qeyd edək ki, Yəməndə 2014-cü ilin avqust ayından bəri hökumət qüvvələri ilə husi silahlı birləşmələri arasındakı qarşıdurma davam edir.
Pərvanə Sultanova
Azvision.az
Teqlər: husilər







Vaxtında, Aydın, Lazımlı!


