Bu il Bakıda daha 2 “ASAN xidmət” açılacaq

   Bu il Bakıda daha 2 “ASAN xidmət” açılacaq
  04 Mart 2021    Oxunub:3155
Hazırda 20 "ASAN xidmət” mərkəzi fəaliyyət göstərir. Onlardan 5-i Bakı şəhərində olmaqla, digərləri Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ, Masallı, Quba, Mingəçevir, İmişli, Şəki, Şamaxı, Kürdəmir, Tovuz, Ağcabədi və Balakəndədir.
Azvision.az xəbər verir ki, 2021-ci ildə Bakıda daha 2 “ASAN xidmət” və 1 “ASAN Kommunal” mərkəzinin açılışı planlaşdırılır.

Bakı, Gəncə və Sumqayıtda növbəti, Lənkəran, Salyan və Naxçıvanda isə ilk “ASAN xidmət” mərkəzləri inşa olunur.

Azvision.az


Teqlər: ASAN-xidmət   Bakı  





Xəbər lenti