Moskvada ata övladını döyüb öldürdü

Moskvada ata övladını döyüb öldürdü
  08 Mart 2021    Oxunub:1149
Rusiyanın paytaxtı Moskva şəhərində, Proletar prospektindəki yaşayış binalarının birində yerləşən mənzildə üzərində zorakılıq əlamətləri olan 2014-cü il təvəllüdlü uşağın cəsədi tapılıb.
Azvision.az xəbər verir ki, bunu “TASS”a Rusiya İstintaq Komitəsinin rəsmisi Yulia İvanova deyib. Onun sözlərinə görə, şübhəli şəxs kimi azyaşlının atası saxlanılıb.

“Uşağın atası olan 1981-ci il təvəllüdlü şəxs saxlanılıb. Altı yaşlı uşağın bədənində ölümünə səbəb olan müxtəlif xəsarətlər müəyyən edilib. Cinayətlə əlaqədar olaraq prokurorluq istintaqa başlayıb”.

Azvision.az


Teqlər: Rusiya   Qətl   Uşaq  



Xəbər lenti