455 şəhid ailəsinin məişət şəraiti yaxşılaşdırılıb

   455 şəhid ailəsinin məişət şəraiti yaxşılaşdırılıb
  09 Mart 2021    Oxunub:2528
455 şəhid ailəsinin məişət şəraiti yaxşılaşdırılıb.
Azvision.az xəbər verir ki, bu barədə "YAŞAT" Fondu tərəfindən 1-7 mart tarixlərində görülən işlərin statistikasında qeyd olunub.

Bildirilib ki, bu müddətdə 13 qazinin tibb xərcləri ödənilib. Bundan əlavə 36 şəhid ailəsinin borc öhdəlikləri qarşılanıb.

Həmçinin, əlavə olunub ki, daha 166 şəxsin məişət şəraitinin yaxşılaşdırılması, 60 şəxsin tibb xərclərinin ödənilməsi və 117 şəxsin borc öhdəliklərinin qarşılanması istiqamətində işlər görüləcək.

Azvision.az


Teqlər: YAŞAT   Fond   Şəhid-ailəsi  






Xəbər lenti