Türkiyə Səudiyyə Ərəbistanına hücumları dayandırmağa çağırdı

Türkiyə Səudiyyə Ərəbistanına hücumları dayandırmağa çağırdı
  09 Mart 2021    Oxunub:3320
Türkiyənin Xarici İşlər Nazirliyi (XİN) Səudiyyə Ərəbistanı ərazisinə son hücumlardan narahatlığını dilə gətirib.
Azvision.az xəbər verir ki, bu barədə XİN-in yaydığı bəyanatda deyilir.

“Səudiyyə Ərəbistanını hədəf alan son hücumlar, xüsusən 7 martda Dammam şəhərindəki Ras Tanura limanı və “Aramco” şirkətinin obyektlərinə PUA və ballistik raket hücumlarını narahatlıqla qarşılayırıq.

Bu hücumların dərhal dayandırılmasına çağırırıq. Qardaş Səudiyyə Ərəbistanına keçmiş olsun diləklərimizi çatdırırıq", - deyə XİN-in məlumatında vurğulanıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: SəudiyyəƏrəbistanı  



Xəbər lenti