Köçkünlərin kommunal xərclərinə ödənilən vəsait açıqlandı

Köçkünlərin kommunal xərclərinə ödənilən vəsait açıqlandı
  09 Mart 2021    Oxunub:3200
Ötən il məcburi köçkünlərin istifadə etdiyi içməli su, təbii qaz və elektrik enerjisi sərfiyyatına, eləcə də çirkab suların axıdılması və məişət tullantılarının daşınmasına görə xərclənən vəsait açıqlanıb.
Azvision.az -ın məlumatına görə, bu barədə Nazirlər Kabinetinin 2020-ci ilə dair hesabatında bildirilib.

Qeyd olunub ki, 2020-ci il ərzində ölkədə ictimai və inzibati binalarda sıx məskunlaşmış, kommunal xidmət haqları dövlət büdcəsindən ayrılmış vəsait hesabına ödənilən məcburi köçkünlər tərəfindən istifadə edilmiş içməli su, təbii qaz və elektrik enerjisi sərfiyyatına, eləcə də çirkab suların axıdılması və məişət tullantılarının daşınmasına görə, ümumilikdə 17088,0 min manat məbləğində vəsait aidiyyəti xidmət təşkilatlarının hesabına köçürülüb.

Azvision.az


Teqlər: Köçkün  






Xəbər lenti