Xorvatiya qəzeti Azərbaycandakı tolerant mühitdən yazıb

Xorvatiya qəzeti Azərbaycandakı tolerant mühitdən yazıb
  10 Mart 2021    Oxunub:1392
Xorvatiyanın “Veçernji list” qəzetində jurnalist Hassan Haydar Diabın “Azərbaycandakı katoliklər Burgenland xorvatının himayəsindədir” sərlövhəli məqaləsi dərc edilib.
Jurnalist Azərbaycana səfəri çərçivəsində Bakıda yerləşən Müqəddəs Məryəm Ana katolik kilsəsini ziyarət edib və yepiskop Vladimir Feketedən müsahibə alıb. Söhbət əsnasında məlum olub ki, əslən slovak olan V.Feketenin əcdadlarından biri xorvatdır.

Müəllif məqalənin əvvəlində ölkəmizdə yaşayan insanların dini etiqadları və katolisizm barədə məlumat verir. Qeyd olunur ki, Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra katolik icması ölkəmizdə yenidən fəaliyyətini bərpa edib, ümummilli lider Heydər Əliyevin göstərişi ilə Bakıda katolik kilsəsinin inşası üçün ərazi ayrılıb.

H.Diab Azərbaycanda mövcud olan tolerant mühit, dinlər arasında heç bir ayrı-seçkiliyin olmaması barədə geniş məlumat verir. Həmçinin bəzi dairələr tərəfindən Ermənistan ilə Azərbaycan arasındakı münaqişənin dini zəmində baş verməsi iddiasının irəli sürməsinin əsassız olduğunu qeyd edir.

Eyni zamanda, müəllif 2002-ci ildə Katolik Kilsəsinin rəhbəri II İohan Pavelin və 2016-cı ildə Papa Fransiskin ölkəmizə səfərləri haqqında oxuculara məlumat verir.

Azvision.az


Teqlər: Xorvatiya  






Xəbər lenti