Koronavirusa yoluxanların sayı 118 milyonu ötdü

 Koronavirusa yoluxanların sayı 118 milyonu ötdü
  10 Mart 2021    Oxunub:3095
Dünyada yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı artaraq 118 milyon 161 min 858 nəfərə çatıb.

Azvision.az Worldometers saytına istinadən xəbər verir ki, pandemiya qurbanlarının sayı 2 milyon 622 min 136 nəfərdir. İndiyədək 93 milyon 855 min 467 infeksiya daşıyıcısı xəstəlikdən sağalıb.
Koronavirusa yoluxanların sayına görə ABŞ birinci yerdədir. Bu ölkədə 29 801 506 nəfər virusa yoluxub, 540 574 pasiyent dünyasını dəyişib.

İkinci sırada Hindistan gəlir. İndiyədək bu ölkədə 11 262 707 yoluxma qeydə alınıb. Onlardan 158 079 nəfəri vəfat edib.

Üçüncü sırada yer alan Braziliyada pandemiya dövründə 11 125 017 nəfərdə virus aşkar edilib. Xəstələrdən 268 568 nəfəri həyatını itirib.

Dördüncü yerdə qərarlaşan Rusiyada 4 342 474 yoluxma, 89 809 ölüm faktı qeydə alınıb.

Siyahıda beşinci olan Böyük Britaniyada 4 228 998 nəfər virusa yoluxub ki, onlardan 124 797-si ölüb.

Xatırladaq ki, koronavirus 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. COVID-19 virusu 218 ölkədə qeydə alınıb.

Aytən Zəhra
Azvision.az


Teqlər: Dünya   Koronavirus   Statistika  



Xəbər lenti