"Hər mənada əməkdaşlıq imkanları mövcuddur" - Çavuşoğlu

 "Hər mənada əməkdaşlıq imkanları mövcuddur" -  Çavuşoğlu
  10 Mart 2021    Oxunub:3112
Türk şirkətləri Xəzər dənizindəki neft və qaz yataqlarının işlənilməsində əməkdaşlığa hazırdır və bununla bağlı niyyətlərini tərəflərə çatdırmışıq.
Azvision.az xəbər verir ki, bunu “TRT Haber”ə açıqlamasında Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Türkmənistan ilə Azərbaycan arasında Xəzər dənizində “Dostluq” yatağı ilə bağlı imzalanmış razılaşmaya münasibət bildirərkən deyib.

"Buradan çıxarılacaq qaz və neftin hazırda fəaliyyətdə olan boru xətlərindən istifadə edilərək Türkiyəyə çatdırılmasından söhbət gedir. Hər mənada əməkdaşlıq imkanları mövcuddur", - Çavuşoğlu əlavə edib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Dostluq   Türkiyə   XİN  



Xəbər lenti