Dünyada hər 3 qadından biri fiziki və cinsi təcavüzə məruz qalır - HESABAT

 Dünyada hər 3 qadından biri fiziki və cinsi təcavüzə məruz qalır -  HESABAT
  10 Mart 2021    Oxunub:2760
Dünyada hər 3 qadından biri, təxminən 736 milyon şəxs fiziki və cinsi təcavüzə məruz qalır.
Azvision.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı və BMT-nin birgə hesabatında qeyd edilib.

ÜST-ün baş direktoru Tedros Adanom Gebreisus bildirib ki, hesabat 158 ölkədə 15 və daha yuxarı yaş qadın, qız uşaqlarının verdiyi məlumatlar əsasında hazırlanıb.

COVID-19 virusunun qadınlara qarşı şiddəti artırdığını deyən Gebreisus bu problemin hər ölkədə və mədəniyyətdə mövcud olduğunu vurğulayıb.

"Qadına qarşı şiddət milyonlarla ailələrə zərər verir və COVID-19 pandemiyası ilə daha da pisləşib. Yaxını tərəfindən şiddətə məruz qalan 641 milyon qadın hesabatda günahsız olduğunu qeyd edib".

Hesabata əsasən, Cənubi Asiya və Afrika dövlətlərində 15-49 yaşlı qadınların 33-51 faizi yaxın tərəfdaşı tərəfindən şiddətə məruz qalır. Bu cür şiddətin az olduğu ərazilər isə 16-23 faizlə Avropa, 18 faizlə Orta Asiya və 20 faizlə Qərbi Asiya ölkələridir.

ÜST-ün baş direktoru qadına qarşı şiddətin qarşısını almaq üçün üçün iqtisadi və sosial bərabərsizliyin, cinsi ayrı seçkiliyin aradan qaldırılmasını,  qadınların təhsil və təhlükəsiz işlə təminatına çalışılmasının lazım olduğunu bildirib.

Aytən Zəhra
Azvision.az


Teqlər: Qadın   Zorakılıq  



Xəbər lenti