"Taliban" Türkiyədə Əfqanıstan üzrə konfransa qatılacaq

"Taliban" Türkiyədə Əfqanıstan üzrə konfransa qatılacaq
  10 Mart 2021    Oxunub:2573
“Taliban” hərəkatının nümayəndələri Türkiyədəki Əfqanıstanla bağlı martın 27-də keçiriləcək görüşdə iştirak edəcək.
Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə hərəkata yaxın mənbələrdən bildirilib.

Bundan əvvəl, “Tolo News” kanalı mənbələrə BMT-nin vasitəçiliyi ilə Əfqanıstan hökuməti ilə “Taliban” sülh nizamlanmasına dair konfransın 27 martda Türkiyədə keçirilə biləcəyini açıqlayıb.

“Taliban nümayəndələrinə görüşə dəvət göndərilib. Əvvəlcə bəzi qeyi-müəyyənlik var idi, amma indi nümayəndə heyətinin iştirak edəcəyi təsdiqlənib”, - deyə məlumatda bildirilir.

Qeyd edilib ki, artıq hərəkatın bəzi nümayəndələri Türkiyə vizaları alıblar. Onlardan ikisi Türkiyəyə gəlib, digərləri isə səfərə hazırlaşırlar.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Taliban   Türkiyə   Konfrans  



Xəbər lenti